Yarışların son günü start götürüb

Yarışların son günü start götürüb

Bu gün Bakıda ilk Avropa Oyunları çərçivəsində yarışların son günü start götürüb. SİA-nın məlumatına görə, bu gün badminton, çimərlik futbolu, BMX, cüdo və voleybol yarışları keçiriləcək. 9 dəst medal oynanılacaq: üç - badminton, bir - çimərlik futbolu, iki - BMX, iki - cüdo və bir medal isə voleybol yarışları üzrə. Azərbaycan idmançıları son gün keçirilən yarışlarda iştirak etməyəcəklər.

Bakıda ilk Avropa Oyunlarına iyunun 12-də start verilib və iyunun 28-də, bu gün yarışlar başa çatır. Axşam saatlarında Milli Olimpiya Stadionunda ilk Avropa Oyunlarının təntənəli bağlanış mərasimi keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə