“Azərbaycan möhtəşəm bir tarix yazdı” MÜNASİBƏT

“Azərbaycan möhtəşəm bir tarix yazdı” MÜNASİBƏT

"Bu gün Azərbaycanda keçirilən ilk Avropa Oyunlarının son günüdür. Bu gündə Azərbaycan bütün dünyaya adını uzun zaman yaddaşlarda saxlayacaq bir tədbir həyata keçirəcək". Bunu SİA-ya "İrəli" İctimai Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Türkan Xəlilova deyib.

Onun sözlərinə görə, Vətənimizdə keçirilən bu oyunlar bir daha bizim gücümüzü sübut etmiş oldu: "Ən əsasıda Azərbaycan hər oyun cədvəlində yüksələrək ilk pillələrdə durmağı bacardı. Medal sayına görə oyun cədvəlində ikinci yerdə məskunlaşmaq olduqca önəmlidir. Bu isə Azərbaycanın digər ölkələrdən fərqli olaraq idmana verdiyi önəmin baris nümunəsidir. Azərbaycanın ilk Avropa Oyunlarına ev sahibliyi etməsi olduqca mühüm hadisədir. Ölkədə mövcud olan və yaradılan idman infrastrukturu yarışların yüksək səviyyədə keçirilməsinə imkan verir. Bizim ölkədə keçirilən bu oyunlar hər zaman digər ölkələr üçün nümunə olacaq. Çünki biz nəyin ki, Avropa Oyunlarının təməlini qoyduq, həmçinin də tolerantlığımızı nümayiş etdirdik. Bakı Avropa Oyunları müəyyən oyun standartları yaratdı. Hansından ki, digər ölkələr faydalana biləcəklər. Oyunlar boyunca izləyicilərin marağı, idmançılarımıza olan inamları bir daha xalqımızın idmana qarşı olan marağını göstərdi".

T.Xəlilova əlavə edib ki, bu yarışlarda Azərbaycan da daxil olmaqla, Avropanın 50 ölkəsindən 6 mindən artıq atlet idmanın 20 növündə mübarizə apararaq yüksək nəticələr göstərildi: "Birinci Avropa Oyunları təkcə adıçəkilən qitənin deyil, bütün dünyanın diqqət mərkəzindədir. Buna sübut bizə qarşı aparılan uğursuz qara piar idi. Bütün bunlara baxmayaraq, Azərbaycan dünya mətbuatının diqqət mərkəzində idi. Hər gün keçirilən oyunlar haqqında, Azərbaycanın idmançılar üçün yaratdığı möhtəşəm şərait haqqında nüfuzlu xəbər portallarında müxtəlif məlumatlar yer aldı. Biz adımızı idman tarixinə yazdıq. Birinci Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi etməklə Azərbaycan bütün dünyaya bir daha göstərir ki, son illərdə iqtisadi inkişafı ilə diqqət mərkəzində olan ölkəmiz həm də idman sahəsində mühüm nailiyyətlər qazanıb. Biz Azərbaycan olaraq birinci Avropa Oyunlarına ev sahibliyi edərək dünyaya gücümüzü, vətənimizə olan sevgimizi, tolerantığımızı nümayiş etdirdik. Bir çoxları üçün nümunəvi bir ölkə və vətəndaş obrazı olduq. Bu möhtəşəm oyunlar artıq Azərbaycanın Avropanın bir hissəsi olduğunun mühim göstəricisi oldu. Azərbaycan möhtəşəm bir tarix yazdı".

Bütün xəbərlər Facebook səhifəmizdə