Türkiyənin qadın voleybolçuları birinci Avropa Oyunlarının çempionu olublar. İyunun 27-də qadınlar arasında voleybol yarışlarında Polşa yığmasını 3:0 (25:11, 25:19 və 25:13) hesabı ilə məğlub edən Türkiyə idmançıları birinci Avropa Oyunlarının qızıl medallarını qazanıblar.
Bürünc medallara Serbiya yığması layiq görülüb.
Azərbaycanın qadın voleybolçuları yarışı dördüncü pillədə başa vurublar.
18:16
Qalib tay-brekdə müəyyən olunub. Gərgin keçən setdə serbiyalı qadın voleybolçular 15:9 hesabı ilə qalib gələrək birinci Avropa Oyunlarının bürünc medallarına sahib olublar.
18:00
Dördüncü set serbiyalı qadın voleybolçuların üstünlüyü ilə başa çatıb - 14:25.
17:33
Üçüncü setin əvvəlində təşəbbüsü tamamilə ələ alan voleybolçu qızlarımız 25:17 hesabı ilə qalib gəliblər.
17:01
İkinci setdə serbiyalı voleybolçular üstün olublar – 19:25.
16:30
Görüşdə daha yaxşı oyun nümayiş etdirən Azərbaycan voleybolçuları 25:21 hesabı ilə qalib gəlib.
16:01
İyunun 27-də "Baku Crystal Hall"da qadınlar arasında voleybol yarışlarında üçüncü yer uğrunda görüş keçirilir.
Bürünc medallar uğrunda oyunda Azərbaycan və Serbiya voleybolçuları qarşılaşırlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB