Albert Səlimov ilk Avropa Oyunlarının qalibi oldu

Albert Səlimov ilk Avropa Oyunlarının qalibi oldu
İlk Avropa Oyunlarının boks yarışlarında mübarizə aparan Azərbaycan idmançısı Albert Səlimov qızıl medal uğrunda həlledici döyüşə çıxıb. SİA-nın məlumatına görə, Bakı Kristal Zalda keçirilən yarışlarda 60 kq çəki dərəcəsində döyüşən təmsilçimiz Fransa idmançısı Sofiane Oumiha ilə qarşılaşıb. Döyüşü 3:0 hesabı ilə qalib başa vuran boksçumuz ilk Avropa Oyunlarının qızıl medalını qazanıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri idmançımızın qələbəsini izləyiblər. Təmsilçimizə qızıl medalı ölkə başçısı İlham Əliyev təqdim edib. Azərbaycanın dövlət himni səsləndirilib, dövlət bayrağı ucaldılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə