Serbiya millisi ilk Avropa Oyunlarıda bürünc medal qazandı

Serbiya millisi ilk Avropa Oyunlarıda bürünc medal qazandı
Bakı Kristal Zalda keçirilən ilk Avropa Oyunlarının qadınlar arasında voleybol yarışlarında Azərbaycan milli komandası bürünc medal uğrunda həlledici qarşılaşmaya çıxıb. SİA-nın məlumatına görə, komandamız Serbiya yığması ilə üz-üzə gəlib. Voleybolçularımız ilk setdə 25:21 hesabı ilə qalib gəliblər. İkinci setdə isə Serbiya komandası 19:25 hesabı ilə üstün olub. Üçüncü setdə gözəl oyun nümayiş etdirən yığmamız rəqibi asanlıqla məğlub edib - 25:17. Növbəti setdə isə serblər 25:14 hesabı ilə qalib gələrək oyunun taleyini tay-brekə daşıyıblar. Son setdə də rəqib üstün olaraq (9:15) bürünc medala sahib olub - 2:3. Xatırladaq ki, yığmamız yarımfinalda gərgin keçən matçda Türkiyə millisinə məğlub olaraq finala çıxmaq şansını itirmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə