Çüdoçumuzdan ilk qələbə

"Bakı 2015" ilk Avropa Oyunlarının cüdo yarışlarının üçüncü günündə 100 kq-dək çəkili kişi cüdoçuların yarışında dünya çempionumuz Elxan Məmmədov təsnifat mərhələsində Xorvatiya təmsilçisi Zlatko Kumriçlə üzləşib. SİA-nın məlumatına görə, qarşılaşmaya fəal başlayan cüdoçumuz bir qədər sonra rəqibinə vaza-ari ilə qiymətləndirilən effektiv fənd tətbiq edib. Bundan sonra təzyiqini daha da artıran dünya çempionumuz xorvat cüdoçunu asai-komi fəndinə salaraq 15 saniyə saxlayaraq vaxtından əvvəl ipponla tam qələbə qazanıb və növbəti mərhələyə vəsiqə əldə edib.

Onun 1/8 final mərhələsindəki rəqibi çex idmançısı Lukas Krpalek olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə