Könül Nurullayeva: “İndiki nəticə bizi qane edir" AÇIQLAMA

Könül Nurullayeva: “İndiki nəticə bizi qane edir" AÇIQLAMA

"Əldə etdiyimiz uğur təkcə mənim deyil, millətimin, dövlətimin uğurudur. Ümid edirəm ki, bu pilləni biz qoruyub saxlaya biləcəyik". SİA-nın məlumatına görə, bu sözləri Azərbaycanı Milli Olimpiya Komitəsinin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi və Azərbaycan Atletika Federasiyasının beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Könül Nurullayeva bu gün Avropa Oyunları ilə əlaqədar keçirilən mətbuat konfransı zamanı deyib.

O qeyd edib ki, Milli Olimpiya Komitəsi Avropa Oyunları ilə bağlı Azərbaycana gələn nümayəndə heyəti ilə əməkdaşlıq edir:"Qısa müddətdə möhtəşəm yarışa hazırlıq işləri başa çatdırılıb. Avropa Oyunları ilə bağlı Azərbaycana gələn nümayəndə heyətinin bir sıra işləri var. Biz onların qayğısına qalırıq. Ümid edirdim ki, biz yüksək nəticə əldə edəcəyik, indiki nəticə bizi qane edir. Oyunların gedişində bütün əməliyyatlara nəzarət edilib. Qısa müddətdə təşkilatçılıq işlərini yekunlaşdırdıq. Bir çox olimpiya oyunlarında olmuşam, qısa müddətdə belə bir standart heç bir yerdə ortaya qoyulmamışdı. Oyunlara ev sahibliyi verilən gündən, Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi birlikdə çalışma prosesinə start verib. Təşkilat komitəsi yaradılıb və komitə oyunların keçirilməsinə görə cavabdeh olub. Komitələr dövlət strukturları ilə birlikdə oyunların həyata keçirilməsi istiqamətində çalışıb. Bütün strukturlar əməliyyat komitəsi ilə yaxından iştirak edib və oyunların yüksək səviyyədə keçməsi üçün əlindən gələni edib".

Bütün xəbərlər Facebook səhifəmizdə