İsveçrəli futbolçu: "Azərbaycana gələcəkdə turist kimi gəlmək istəyirəm" AÇIQLAMA

İsveçrəli futbolçu: "Azərbaycana gələcəkdə turist kimi gəlmək istəyirəm" AÇIQLAMA

"Ukrayna yığması ilə oyun çətin keçdi. Məğlub durumda olduğumuz halda matçın gedişatını dəyişib qələbə qazanmağı bacardıq". Bu sözləri SİA-ya açıqlamasında ilk Avropa Oyunlarının çimərlik futbolu yarışlarında mübarizə aparan İsveçrə milli komandasının üzvü Verder Nikola deyib. O, komandasının ən güclü rəqiblərinin Rusiya, İspaniya və İtaliya olduğunu qeyd edib. İdmançı Azərbaycan millisi haqda da fikirlərini bildirib: "Azərbaycanın çimərlik futbolu komandası çox güclüdür. Onlar bizim üçün güclü rəqibdirlər. Azərbaycan yığması oynayanda arenadakı bütün azarkeşlər onları dəstəkləyir. Ona görə də onlara qarşı oyanamaq çox çətindir".

Verder Nikola Su İdmanı Sarayına, Su polosu və Çimərlik futbolu arenalarına getdiyini və bu idman obyektlərinin möhtəşəm şəkildə inşa olunduğunu vurğulayıb.

İdmançı İlk Avropa Oyunları və ölkəmiz haqda da danışıb: "İlk Avropa Oyunlarının açılış mərasimi çox möhtəşəm keçdi. Bu mərasim çox böyük bir hadisə idi. İlk Avropa Oyunları çox gözəl təşkil olunub. İdmançılar üçün bütün lazımi şərait yaradılıb. Atletlər kəndində 24 saat yemək yeyə bilirik. Otaqlarımız böyükdür. Burada çox gözəl şərait yaradılıb.

İlk dəfədir ölkənizdə oluram. Azərbaycana gələcəkdə turist kimi gəlmək istəyirəm. Burada yeməklər də çox dadlıdır. Azərbaycan insanları xeyirxahdırlar. Onlar hər zaman qonaqlara kömək etməyə çalışırlar".

Bütün xəbərlər Facebook səhifəmizdə