Baş direktor: “Qayıdışla bağlı hava limanında işlərə başlanılıb" AÇIQLAMA

Baş direktor: “Qayıdışla bağlı hava limanında işlərə başlanılıb" AÇIQLAMA

"Bağlanış mərasimi təntənəli şəkildə olacaq. Bulvarda böyük ekranlarda izləyənlər xoş təəssüratlar yaşayacaq". SİA-nın məlumatına görə, bunu Bakı-2015 Avropa Oyunlarının Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, 2 gün sonra Bakını 2 mindən artıq insan tərk edəcək: "Gedənlərin ölkəmizi rahat tərk etmələri üçün hava limanında işlərə başlanılıb. Çünki, gələndə az sayda gəlirdilər, geri dönəndə isə geniş tərkibdə qayıdacaqlar. Əminəm ki, gedənlər Bakıdan gözəl xatirələrlə ayrılacaqlar".

Saymon Kleq Avropa Oyunlarının keçirilməsində dəstək olan könüllülərin və AVropa Oyunları Əməliyyat Komitəsinin fəaliyyətindən də danışıb: "Avropa Oyunları Əməliyyat Komitəsinin arışın keçirilməsində xüsusi rolu var. BEGOC böyük bir ailədir. Könüllülər də bu ailənin üzvüdür. Bu ailə bura töhvə verən hər kəsi əhatə edir. Dəstək olmasaydı biz işləri lazımi səviyyədə görə bilməzdik. Prezident İlham Əliyevin təşəbbüsü ilə bütün qurumlar bizə xüsusi kömək göstərib. Qısa müddət ərzində çox gözəl oyunlar təşkil olunub. Bizə bu işdə dəstək olan bütün qurumlara təşəkkür edirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə