"Bugünə qədər 217 qızıl medal sahibini tapıb. Dünən 23 min 370 tamaşaçı 9 məkanda olub". SİA-nın məlumatına görə, bu sözləri "Bakı-2015" Avropa Oyunlarının Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bu gün Avropa Oyunları ilə bağlı keçirilən mətbuat konfransı zamanı deyib.
O qeyd edib ki, Avropa Oyunlarının keçirilməsində könüllülər xüsusi bacarıq nümayiş etdirirlər: "Bu gün keçiriləcək idman yarışlarında 27 qızıl medal öz sahibini tapacaq. Bu gün artıq 5 idman növü yekunlaşacaq. Kristal Zalda bütün tədbirlər başa çatacaq. Tamaşaçıların məkanları orta tutum sayı 78 faiz təşkil edib. İdmançıların vaxtında atletlər kəndinə çatdırılması 99 faiz yerinə yetirilib. Könüllülər yüksək səviyyədə performans nümayiş etdirir. Onların işə davamiyyəti və bacarığı olduqca yüksəkdir".
S. Kleq hava küləkli olduğu üçün BMX velosiped yarışlarının bu gün keçirilməyəcəyini bildirib: "Bu gün Boks yarışları üçün son gündür. Lakin Hava külək olduğundan BMX velosiped yarışları sabah keçiriləcək. Velosiped yarışının final mərhələsi, çimərlik futbolunun yarımfinal qarşılaşmaları sabah keçiriləcək. Sabah həmçinin voleybol üzrə final yarışı olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB