Serbiyalı basketbolçu: "Yüksək təşkilatçılığa görə Azərbaycana minnətdaram" AÇIQLAMA
"Yarımfinalda İspaniya yığmasına məğlub olduq. Oyunun sonlarında zəif oynadıq. Ancaq Sloveniya millisini məğlub edərək bürünc medal qazandıq". Bu sözləri SİA-ya açıqlamasında İlk Avropa Oyunlarının 3x3 basketbol yarışlarında mübarizə aparmış Serbiya yığmasının üzvü Marko Savic deyib. O, yarışda İspaniya və Yunanıstan komandalarının çox güclü oynadıqlarını qeyd edib.
İdmançı ilk Avropa Oyunları və Bakı haqda da fikirlərini bildirib: "İlk Avropa Oyunlarının təşkilatçılığı çox məntiqli və gözəl şəkildə qurulub. Yüksək təşkilatçılığa görə Azərbaycana minnətdaram. Burada fəaliyyət göstərənlər də öz işlərinin peşəkarlarıdır.
Azərbaycana ikinci səfərimdir. İki ay bundan öncə də ölkənizdə olmuşam. Bakı çox gözəldir. Bura mənim çox xoşuma gəlir. İnsanlarınız çox mehriban və gülərüzdürlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB