Ukraynalı idmançı: “Bakı ilə müqayisə olunacaq şəhər yoxdur" AÇIQLAMA

Ukraynalı idmançı: “Bakı ilə müqayisə olunacaq şəhər yoxdur" AÇIQLAMA

"İndiyədək olduğum şəhərlər arasında Bakının öz yeri var. Hətta deyərdim ki, Bakı ilə müqayisə olunacaq şəhər yoxdur". Bunu SİA-ya ukraynalı idmançı Borsuk Andrii deyib.

İdmançının sözlərinə görə, ilk Avropa Oyunlarında təşkilatçılıqdan tutmuş, oyunlara gələn azarkeşlərə kimi hər şey çox gözəldir: "İndiyədək olduğum ölkələrdə belə azarkeşlər görməmişdim. Burada bizi çox dəstəkləyirdilər. Bütün təşkilatçılara çox sağ ol demək istəyirəm. Amma çox təəssüflər olsun ki, biz mübarizəmizi dayandırdıq".

"Azərbaycan digər beynəlxalq yarışlara da ev sahibliyi etsə yaxşı olar. İdman meydançalarınız çox gözəldir. Burada olan atmosfer, tamaşaçıların bizi seyr etməsi çox superdir. Mən bir çox stadionlarda olmuşam. Amma Bakıda idmançılar üçün yaradılan meydançalardan gözəlini görməmişəm"- deyə, ukraynalı idmançı əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə