İspaniyalı idmançı: “Oyunlarının təşkilatçılığı əla səviyyədədir" AÇIQLAMA
"Bizim Serbiya milli komandası ilə İspaniya yığması arasında bosketbol üzrə oynumuz çox çətin oldu. Məncə biz dünyanın ən yaxşı komandasına qalib gəldik. Onlar həm hücumda, həm də müdafiədə çox güclü idilər. Finalda olduğumuza görə, çox xoşbəxtik". Bunu SİA-ya ispaniyalı idmançı Martin Monzon Jose İgnacio deyib.
"Bakı-2015" ilk Avropa Oyunlarının təşkilatçılığını yüksək qiymətləndirən idmançı bildirib ki, Azərbaycanda bosketbolun səviyyəsi çox yüksəkdir: "Çünki burada çox güclü komandalar var. Hamı burada mübarizə aparır və öz bacarığını nümayiş etdirir. Bir sözlə, təşkilatçılıq əla səviyyədədir. İstər idmançıları aparan avtobuslar, istərsə də meydançalar olsun hər şey gözəl təşkil olunub. Ancaq xoş sözlər demək olar".
Bakı haqqında isə Martin Monzon Jose İgnacio bunları dedi: "Hələ ki "İçəri Şəhər"də olmamışam. Başqa gəzdiyim hər bir yer çox xoşuma gəlib. Ümumilikdə meydançada əladır. Hətta bizim qaldığımız Atletlər kəndi də super səviyyədədir. Hər şeydən çox məmnunam".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB