İlham Zəkiyev ilk Avropa Oyunlarının qalibi oldu

İlham Zəkiyev ilk Avropa Oyunlarının qalibi oldu

İlk Avropa Oyunlarında mübarizə aparan Paralimpiya Oyunlarının qalibi, "Bakı-2015"in məşəlçisi İlham Zəkiyev qızıl medal qazanıb. SİA-nın məlumatına görə, +90 kq çəki dərəcəsində yarışan idmançımız finalda ukraynalı Aleksandr Pominovla qarşılaşıb. Təmsilçimiz qarşılaşmada rəqibinə ipponla qalib gəlib. Görüş cəmi 2 dəqiqə 4 saniyəyə yekunlaşıb.

Qeyd edək ki, İ. Zəkiyev yarımfinalda Yunanıstan idmançısı Klimis Papaçristosu 27 saniyəyə ippon edib.

İdmançımızın qazandığı mükafat Azərbaycanın ilk Avropa Oyunlarında 18-ci qızıl medalı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri idmançımızın qələbəsini izləyiblər. Təmsilçimizə qızıl medalı ölkə başçısı İlham Əliyev təqdim edib. Azərbaycanın dövlət himni səsləndirilib, dövlət bayrağı ucaldılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə