İlk Avropa Oyunlarında daha bir qızıl medal qazandıq

İlk Avropa Oyunlarında daha bir qızıl medal qazandıq

İlk Avropa Oyunlarının boks yarışlarında Azərbaycan təmsilçisi Kollazo Sotomayor komandamıza daha bir qızıl medal qazandırıb. SİA-nın məlumatına görə, 64 kq çəki dərəcəsində yarışan boksçumuz finalda italiyalı Vinçenzo Manyakapreni 3:0 (29:28; 29:28; 29:28) hesabı ilə məğlub edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri final qarşılaşmasına baxıblar. İdmançımıza qızıl medalı ölkə başçısı İlham Əliyev təqdim edib. Azərbaycanın dövlət himni səsləndirilib, dövlət bayrağı ucaldılıb.

K. Sotomayorun qazandığı mükafat Azərbaycanın ilk Avropa Oyunlarında 17-ci qızıl medalı olub.

Bütün xəbərlər Facebook səhifəmizdə