Birinci Avropa Oyunlarında cüdo yarışları davam edir. Qadınlar arasında 63 kiloqram çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Xanım Hüseynova yarışa qələbə ilə başlayıb. Makedoniyalı Katerina Nikoloskanı məğlub edən cüdoçumuz səkkidəbir finalda Fransa təmsilçisi Klarisse Aqbeqnenou ilə qarşılaşacaq.
Xəbər verilir ki, cüdo yarışlarının ikinci günündə kişilər arasında 73, 81, qadınların mübarizəsində isə 63 və 70 kiloqram çəki dərəcələrində idmançılar Heydər Əliyev adına İdman Sarayında tatami üzərinə çıxırlar. Paralimpiyaçı cüdoçular arasında kişilər 90 kiloqramdan yuxarı, qadınlar isə 57 kiloqram çəki dərəcəsində mübarizə aparacaqlar.
İkinci yarış günündə 7 cüdoçumuz tatami üzərinə çıxacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB