Bünyatova bacıları "Bakı-2015"də komandamıza 2 medal qazandırdılar

Bünyatova bacıları "Bakı-2015"də komandamıza 2 medal qazandırdılar

"Bakı-2015" ilk Avropa Oyunlarında daha iki idmançımız mükafatçılar sırasında yer alıb. SİA-nın məlumatına görə, qılıncoynatmanın sablya növündə yarışan Sevil və Sevinc Bünyatova bacılarının hər ikisi medal qazanıb. Sevinc yarımfinalda Polşa idmançısı Anjelika Vatora 11:15 hesabı ilə məğlub olaraq bürünc medalla kifayətlənib.

Sevil isə yarımfinalda Fransa təmsilçisi Marqo Rifkissə 15:9 hesabı ilə qalib gələrək finala çıxsa da, qızıl medal uğrunda həlledici qarşılaşmada Sevincə qalib gələn polşalı idmançı Anjelika Vatora 15:14 hesabı ilə məğlub olub və Oyunların gümüş medalına layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə