Teymur Məmmədov ilk Avropa Oyunlarında qızıl medal qazandı

Teymur Məmmədov ilk Avropa Oyunlarında qızıl medal qazandı

İlk Avropa Oyunlarının boks yarışlarında mübarizə aparan Azərbaycan idmançısı Teymur Məmmədov qızıl medal qazanıb. SİA-nın məlumatına görə, 81 kq çəki dərəcəsində mübarizə aparan boksçumuz finalda italiyalı Valentino Manfredonianı 3:0 (30:27; 30:27; 30:27) hesabı ilə məğlub edib.

Final qarşılaşmasını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri də izləyiblər. Boksçumuza qızıl medalı ölkə başçısı İlham Əliyev təqdim edib.

Qeyd edək ki, T. Məmmədovun qazandığı mükafat Azərbaycanın ilk Avropa Oyunlarında 15 qızıl medalı olub.

Bütün xəbərlər Facebook səhifəmizdə