Vlora Bedeti: "Azərbaycanda yaşamaq istəyərəm" AÇIQLAMA

Vlora Bedeti: "Azərbaycanda yaşamaq istəyərəm" AÇIQLAMA

"İlk Avropa Oyunlarında mübarizəni dayandırdım. Qarşılaşdığım cüdoçu olimpiya çempionu idi. Görüşün əvvəlində başabaş mübarizə aparırdım, sonda isə məğlub oldum". Bu sözləri SİA-ya açıqlamasında I Avropa Oyunlarında məğlub olaraq yarışlardan kənarda qalan sloveniyalı cüdoçu Vlora Bedeti deyib.

İdmançı ölkəmizə bir neçə dəfə gəldiyini qeyd edib: "Azərbaycana 3 dəfə səfər etmişəm. Buranın çox yaxşı insanları var. Onlar qonaqpərvərdirlər. Azərbaycan yeməklərindənçox xoşum gəlir. Bakıda İçəri Şəhərdə, ticarət mərkəzlərində və çimərlikdə olmuşam. Azərbaycanda yaşamaq istəyərəm. Bura mənim xoşuma gəlir. Gələcəkdə ölkənizə turist kimi gəlməyi düşünürəm".

Bütün xəbərlər Facebook səhifəmizdə