Qılıncoynadanımız 1/8 finalda

Azərbaycan idmançısı Sevil Bünyadova Bakı-2015 I Avropa Oyunları çərçivəsində keçirilən qılıncoynatma yarışının 1/8 final mərhələsinə yüksəlib. SİA-nın xəbərinə görə, idmançımız polşalı rəqibi Maqdalena Pasternaka 15:4 hesabı ilə qalib gəlib.

Növbəti mərhələdə S.Bünyadovanın rəqibi Rusiya təmsilçisi Mariya Ridel olacaq.

Azərbaycanın digər təmsilçisi Fatimə İbrahimova isə italiyalı qılıncoynadan Rebekka Qarqanoya 6:15 hesabı ilə məğlub olub.

Bütün xəbərlər Facebook səhifəmizdə