Belçikalı idmançı: "Azərbaycan yeməkləri çox dadlıdır" AÇIQLAMA

Belçikalı idmançı: "Azərbaycan yeməkləri çox dadlıdır" AÇIQLAMA

"İlk Avropa Oyunlarında iyunun 27-də tatamiyə çıxacağam. Ümid edirəm yaxşı nəticə qazanacağam". Bu sözləri SİA-ya açıqlamasında ilk Avropa Oyunlarında yarışan Belçika cüdoçusu Sofie De Saedelaere deyib.

O, ötən il də Bakıya səfər etdiyini bildirib: "Keçən il "Böyük Dəbilqə" turnirində çıxış etmək üçün Bakıya gəlmişdim. Ayağımda zədə olduğuna görə yaxşı nəticə göstərə bilmədim. Ötən ildən indiyədək Bakı şəhəri daha da gözəlləşib. Burada hər yer təmizdir. Paytaxtınızda möhtəşəm idman arenaları var".

İdmançı Azərbaycan yeməklərindən xoşu gəldiyini də qeyd edib: "Bizə çəkimizin artmaması üçüm çox yemək olmaz. Ancaq buna baxmayaraq Atletlər kəndində yeməklərinizin dadına baxmışam. Azərbaycan yeməkləri çox dadlıdır. Avropa Oyunları yüksək şəkildə təşkil olunub. Atletlər kəndində idmançılar üçün gözəl şərait yaradılıb".

Bütün xəbərlər Facebook səhifəmizdə