Fransalı cüdoçu: "Elnur Məmmədli mənə görə çox güclüdür" AÇIQLAMA

Fransalı cüdoçu: "Elnur Məmmədli mənə görə çox güclüdür" AÇIQLAMA

"İlk Avropa Oyunlarında məşhur idmançılar mübarizə aparırlar. Onlarla mübarizə aparmaq çətindir". Bu sözləri SİA-ya açıqlamasında ilk Avropa Oyunlarında mübarizə aparan Fransa cüdoçusu Audrey Tcheumeo deyib. O, I Avropa Oyunları və Bakı haqqında da fikirlərini bildirib: "İlk Avropa Oyunlarının təşkilatçılığı yüksək səviyyədədir. Bu yarışlarda qüsur yoxdur.

İki il öncə Bakıda olmuşdum. İki ildə Bakıda müsbət istiqamətdə çox dəyişiklik var. Azərbaycanda bir çox görməli yerləri və ticarət mərkəzlərini gəzmişəm, çimərliyə getmişəm. Olimpiya çempionu Elnur Məmmədli ilə uzun zamandır dostam. Bura gəlməyimdən istifadə edib, onunla da görüşdüm. Elnur Məmmədli ilə tatamidə qarşılaşmamışam. Elnur mənə görə çox güclüdür".

Bütün xəbərlər Facebook səhifəmizdə