"Bakı 2015" I Avropa Oyunlarında Azərbaycanı boks yarışında təmsil edən Elvin Məmişzadə finala yüksəlib. SİA-nın məlumatına görə, 52 kq çəki dərəcəsindəki yarımfinal görüşündə 23 yaşlı idmançı almaniyalı Hamza Toubanı məğlub edib - 2:1.
Həlledici görüşdə onun rəqibi Vilyam Tanko (Slovakiya) - Vinçenzo Pikardi (İtaliya) cütünün qalibi olacaq.
Qeyd edək ki, daha öncə Teymur Məmmədov (81 kq) da finala yüksəlib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB