Fərid Qayıbov: "Yarışlar olimpiya oyunları səviyyəsindədir"

Fərid Qayıbov: "Yarışlar olimpiya oyunları səviyyəsindədir"

"6 gün ərzində gimnastikanın 6 növü üzrə yarışlar keçirilib. Bunlardan 4-ü olimpiya, 2-si isə qeyri-olimpiya idman növü idi". SİA-nın məlumatına görə, bunu Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbov "Bakı-2015" yarışların 12-ci gününün yekunları ilə bağlı ənənəvi mətbuat konfransında söyləyib.

Onun sözlərinə görə, yarışlar olimpiya oyunları səviyyəsindədir: "Akrobatika və aerobika növlərində qeydə alınan nəticələr tək Azərbaycan üçün deyil, eləcə də Avropa və beynəlxalq gimnastika üçün böyük nailiyyətdir. Oyunlar müddətində azərbaycanlı gimnastımız Oleq Stepko 5 medal qazanıb. Bu günə qədər Avropa Oyunlarında ilk idmançıdır ki, 5 medal dəsti qazana bilib. Bu da bizim üçün əlamətdar hadisədir. Digər idmançımız Marina Durunda 2-ci yeri tutdu. Son 2 il ərzində Azərbaycan Gimnastika Federasiyası 3 yeni idman növünü inkişaf etdirməyə başlayıb. 2016-cı ildə Rio-de Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarında bədii, idman və batut gimnastika növləri üzrə Azərbaycan idmançılarının da iştirakın edəcəyinə inanırıq. Düşünürəm ki, həmin oyunlarda iştirak üçün hər 3 növ üzrə 1-2 idmançı lisenziya qazana bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə