Teymur Məmmədov: "Sübut edəcəyəm ki..."

Teymur Məmmədov: "Sübut edəcəyəm ki..."

Birinci Avropa Oyunlarında 81 kq çəki dərəcəsində mübarizə aparan azərbaycanlı boksçu Teymur Məmmədov yarımfinal görüşündə rusiyalı Pavel Silyaqin üzərində möhtəşəm qələbə qazanaraq ilk finalçı olub. Təmsilçimiz qələbə sevincinin təəssüratlarını yerli media nümayəndələri ilə bölüşüb: "Mənim üçün döyüş bir az ağır keçdi. Rəqibimdən təcrübəli və güclü olduğum üçün qələbə qazandım. Sevincimin həddi-hüdudu yoxdur".

Millimizin boksçusu qeyd edib ki, finalda qarşılaşacağı italiyalı rəqibi Valentino Manfredonia ilə bu vaxta qədər döyüşməyib: "Mən bundan əvvəl də demişəm ki, qızıl medala layiq olduğumu sübut edəcəyəm. Rusiyanın Tomsk şəhərində yaşayan əmimə söz vermişəm ki, finala çıxsam, ona salam göndərəcəm. Əmimi çox istəyirəm. O ki qaldı finala, rəqibimi tanımıram. Onunla əvvəllər döyüşməmişəm. Ancaq döyüş taktikasını izləmişəm. İnşallah, yaxşı olacaq".

Qeyd edək ki, Teymur Məmmədov – Valentino Manfredonia final qarşılaşması iyunun 25-də saat 19:00-da keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə