Avropa çempionatının gümüş mükafatçısı Tayfur Əliyev (56 kq) finala gedən yolda Rusiya boksçusu Baxtovar Nazirov ilə qarşılaşıb. Görüşdən 1:2 hesablı məğlubiyyətlə ayrılan boksçumuz mübarizəni yarımfinalda dayandırıb. Qadınlar arasında boks yarışlarında 48-51 və 69-75 kiloqram çəki dərəcələrində finalçılar məlum olub. 48-51 kiloqram çəki dərəcəsində final qarşılaşmasında yarımfinalda türkiyəli Elif Coşkunu məğlub edən Böyük Britaniya boksçusu Nikola Adams ilə rusiyalı Sayan Saqatayeva üzərində qələbə qazanan polşalı Sandra Drabik üz-üzə gələcək.
Digər final görüşündə isə niderlandlı Nuşka Fontiyn və isveçli Anna Laurel Naş qarşılaşacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB