Çimərlik futbolu: İspaniya yığması qalib gəldi

Çimərlik futbolu: İspaniya yığması qalib gəldi

"A" qrupunun ilk görüşündə Portuqaliya və İsveçrə milliləri qarşılaşıb. Azarkeşlərin maraqla izlədiyi oyunda qapılara 11 top vurulub. Qarşılaşmada Portuqaliya millisi 6:5 hesabı ilə qalib gəlib. Qrupun digər oyununda isə Azərbaycan millisi Ukrayna təmsilçiləri ilə qarşılaşacaq.

"B" qrupunun ilk görüşündə İspaniya və İtaliya milliləri qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən görüş 1:1 hesabı ilə başa çatıb. İtaliyanın yeganə qolunu birinci dövrənin 3-cü dəqiqəsində Emanuele Zurlo, İspaniyanın qolunu isə üçüncü dövrənin 3-cü dəqiqəsində Lorens Qomez vurublar. Qalibi müəyyən etmək üçün qapılara təyin edilən penalti zərbələrini dəqiq yerinə yetirən İspaniya millisi oyunda qələbə qazanıb.

Qrupun digər oyununda Macarıstan və Rusiya milliləri üz-üzə gələcək.

Bütün xəbərlər Facebook səhifəmizdə