Teymur Məmmədov yarımfinal qarşılaşması keçirəcək

Teymur Məmmədov yarımfinal qarşılaşması keçirəcək

Avropa Oyunları çərçivəsində bu gün boks üzrə yarımfinal qarşılaşmaları keçiriləcək. SİA-nın məlumatına görə, kişilər arasında 81 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız Teymur Məmmədov da bu gün yarımfinal görüşü keçirəcək. İlk qarşılaşmasını böyük britaniyalı idmançı Joşua Buatsi ilə keçirən Teymur Məmmədov 3:0 hesabı ilə qalib gəlib. 1/8 finalda polşalı Jordan Kulinskini və ¼ finalda hollandiyalı Peter Müllenberqi 3:0 hesabları ilə məğlub edən boksçumuz bu gün rusiyalı Peter Silyaginlə yarımfinal qarşılaşması keçirəcək. Görüş 20: 15-də baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə