Tayfur Əliyev final üçün döyüşəcək

Tayfur Əliyev final üçün döyüşəcək

Avropa Oyunları çərçivəsində boks yarışları davam edir. SİA-nın məlumatına görə, kişilər arasında yarım-yüngül çəkidə (56kq) mübarizə aparan boksçumuz Tayfur Əliyev bu gün Rusiya təmsilçisi Bəxtəvər Nəzirovla yarımfinal qarşılaşması keçirəcək. Bundan öncə 1/8 finalda rumıniyalı idmançı Adrian Nikolayla görüşən boksçumuz 3:0 hesabı ilə qalib gəlib. Daha sonra ¼ finalda danimarkalı Jensen Frederiklə qarşılaşan idmançımız bu dəfə də 3:0 hesabı ilə qalib olub.

Bu gün 19:30-da boksçumuz final üçün meydana çıxacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə