"Basketbolçularımızın "Bakı-2015"də ilk qələbəsi

"Basketbolçularımızın "Bakı-2015"də ilk qələbəsi

I Avropa Oyunları çərçivəsində Azərbaycanın basketbolçu qadınlardan ibarət yığması 3x3 basketbol yarışında ilk qələbəsini qazanıb. SİA-nın məlumatına əsasən, A qrupunda çıxış edən idmançılarımız Niderland komandasına 14:10 hesabı ilə qalib gəliblər. İlk oyunda basketbolçu qızlarımız İsveçrə komandasına 11:15 hesabı ilə məğlub olmuşdular.

Komandamız növbəti oyununu Yunanıstan basketbolçularına qarşı keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə