Marşal Obreyn Moses: "Qələbə Azərbaycanda basketbol oyununu kütləviləşdirə bilər” AÇIQLAMA

Marşal Obreyn Moses: "Qələbə Azərbaycanda basketbol oyununu kütləviləşdirə bilər” AÇIQLAMA

"Üzərimizdə çox gərginlik var. Bununla belə, çalışacağıq ki, yaxşı nəticə göstərək. Qızıl medal qazansaq, Azərbaycan üçün böyük bir xəbər olacaq". Bu sözləri ilk Avropa Oyunlarının 3x3 basketbol yarışlarında mübarizə aparan Azərbaycan komandasının üzvü Marşal Obreyn Moses deyib. İdmançı I Avropa Oyunlarında qələbənin bu növün Azərbaycanda kütləviləşməsinə kömək olacağını bildirib: "Qələbə Azərbaycanda hər kəsi həyəcanlandıra, azarkeşləri həvəsləndirə və burada basketbol oyununu kütləviləşdirə bilər".

O, 3x3 basketbolu oynamağı haqda da danışıb: "Mən oynamağı küçədə oyrənmişəm. "Make it and take it" oyunu oynayardıq. Ona görə də xal qazanıb, topu qarşı komandaya vermək mənim üçün yenidir".

Bütün xəbərlər Facebook səhifəmizdə