Çimərlik futbolu yarışları başlayıb

Çimərlik futbolu yarışları başlayıb

"Bakı-2015" ilk Avropa Oyunlarında çimərlik futbolu yarışları başlayıb. SİA-nın xəbərinə görə, yarışlarda dünya reytinqində ilk beşlikdə yer alan komandalardan dördü qızıl medal uğrunda mübarizə aparacaq. Dünya reytinqində İtaliya, Ukrayna və Macarıstan kimi daha aşağı pillələrdə yer alan komandalar ilk beş pillədəki Rusiya, İsveçrə, Portuqaliya və İspaniya kimi güclü yığmalarla qarşılaşacaq.

İyunun 28-dək Avropa Oyunlar Parkında təşkil olunacaq yarışda qitənin 8 ölkəsinin – "A" qrupunda Azərbaycan, Portuqaliya, İsveçrə və Ukrayna, "B" qrupunda isə Rusiya, İspaniya, İtaliya və Macarıstan milliləri mübarizə aparır.

Yarışın ilk günündə - iyunun 24-də "A" qrupunda Azərbaycan-Ukrayna, Portuqaliya-İsveçrə, "B" qrupunda isə İspaniya-İtaliya, Macarıstan-Rusiya qarşılaşmaları keçiriləcək.

Mütəxəssislər Rusiyanı həm "Bakı-2015" birinci Avropa Oyunlarının, həm də iyulda Portuqaliyada keçiriləcək "FİFA-2015" çimərlik futbolu kuboku yarışlarının ən böyük favoriti hesab edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə