"Yol qəzasında yaradıcı heyətin 1 üzvü dünyasını dəyişib" Rəsmi açıqlama

"Yol qəzasında yaradıcı heyətin 1 üzvü dünyasını dəyişib" Rəsmi açıqlama

"FiveCurrents" dərin kədərlə təsdiq edir ki, 23 iyun tarixində Bakının Heydər Əliyev prospektində baş verən yol qəzasında yaradıcı heyətinin bir üzvü dünyasını dəyişib. Bu barədə SİA-ya "Bakı 2015" Avropa Oyunları Əməliyyat Komitəsindən məlumat verilib.

Məlumata görə, komandanın həmin üzvü Bakı 2015 mərasimlərin təşkili şirkəti olan "FiveCurrents"də müqavilə əsasında çalışan Britaniya vətəndaşıdır.

Baş vermiş qəzadan dərhal sonra komandanın digər üç üzvünə də xəstəxanada yardım göstərildi. Daha sonra tibbi müayinə ala bilmələri üçün onlar öz vətənlərinə göndəriləcəklər: "Biz xəsarət alanlara tibbi yardımın və konsulluq xidmətlərinin göstərilməsində böyük köməyi olan Bakı 2015 Təşkilat Komitəsinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə və Böyük Britaniyanın Bakıdakı Səfirliyinə öz minnətdarlığımızı bildiririk".

Bütün xəbərlər Facebook səhifəmizdə