“Avropa idman təşkilatları da yarışlardan məmnundur” AÇIQLAMA

“Avropa idman təşkilatları da yarışlardan məmnundur” AÇIQLAMA

"Bu gün və sabah fəvvarələr meydanında tədbirlər olacaq". SİA-nın məlumatına görə, bu sözləri bu gün "Bakı-2015" I Avropa Oyunları ilə əlaqədar keçirilən mətbuat konfransı zamanı "Bakı-2015" I Avropa Oyunlarının Əməliyyat Komitəsinin baş direktoru Saymon Kleq deyib.

Onun sözlərinə görə, tədbirlər küçə atletikasının tanıtımı məqsədilə olacaq: "Bu, küçə atletikası kimi bir tamaşa olacaq. Lakin tədbir BEGOC-un rəsmi tədbiri hesab olunmur. Sadəcə idmançılarla tamaşaçıların təması üçün atılan addımdır. Tamaşaçılar lap yaxından bu idmanı izləyə biləcək. Bu da idmançıların mahir bacarağını göstərəcək. İnanıram ki, ora gələn insanlar bundan zövq alacaqlar".

Saymon Kleq xarici mətbuat orqanlarında yazılan siyasi məqalələrə də fikir bildirib: "BEGOC-un bu suallara cavab verməyə səlahiyyəti yoxdur. Biz idmanla məşğul oluruq. Avropa idman qurumları və idmançılar oyunlardan çox məmnundurlar. Bizim BEGOC-da əsas işimiz idmandır. Bəzi mətbuat nümayəndələri fərqli suallar verə bilər, lakin bunun cavabı mənim səlahiyyətimdə deyil. Çalışırıq ki, daha keyfiyyətli yarış keçirilsin. Bütün idmançılar buradakı tədbirdən razıdırlar. Avropa idman təşkilatları yarışlardan məmnundur".

Bütün xəbərlər Facebook səhifəmizdə