Baş direktor: “Mətbuatın diqqəti oyunların gücünü göstərir” AÇIQLAMA

Baş direktor: “Mətbuatın diqqəti oyunların gücünü göstərir” AÇIQLAMA

"Təşkilat Komitəsi bütün iştirakçılara xatirə medalı təqdim edib". SİA-nın məlumatına görə, bu sözləri "Bakı-2015" I Avropa Oyunlarının Əməliyyat Komitəsinin baş direktoru Saymon Kleq bu gün Avropa Oyunları ilə əlaqədar keçirilən mətbuat konfransı zamanı deyib. O qeyd edib ki, medal qazana bilməyən idmançılar üçün xatirə medalları ən dəyərli hədiyyədir.

Bundan başqa, Saymon Kleq akreditasiyadan keçmiş media haqqında da məlumat verib: "İdmançılar üçün əsas xatirə Azərbaycandan apardığı təəssüratlardır. Hesabata əsasən, 1288 media nümayəndəsi akreditasiyadan keçib. Bu da yüksək nəticədir. Yalnız Azərbaycandan deyil, dünyanın bütün bölgələrindən bura gələn jurnalistlər var. Mətbuatın diqqəti oyunların gücünü göstərir".

Bütün xəbərlər Facebook səhifəmizdə