Saymon Kleq: “5 mindən çox əlavə bilet satışa qoyulub” AÇIQLAMA

Saymon Kleq: “5 mindən çox əlavə bilet satışa qoyulub” AÇIQLAMA

"Dünən güclü idman yarışları keçirildi". SİA-nın məlumatına görə, bu sözləri bu gün Avropa Oyunları ilə əlaqədar keçirilən mətbuat konfransı zamanı "Bakı-2015" I Avropa Oyunlarının Əməliyyat Komitəsinin baş direktoru Saymon Kleq deyib. O qeyd edib ki, bir neçə idman növünə artıq yekun vurulub. Yarışlar keçirilən məkanların 84 faizi dolub. Yarışlar üçün əlavə biletlər satışa qoyulub: "Yarışların 12-ci günündə 17766 tamaşaçı iştirak edib. 84 faiz tamaşaçı yarışları izləyib. 8 idman növünə yekun vurulub. Kristal Zalda keçirilən yarışlar başa çatıb. Oyunlar Parkında 3x3 vasketbol yarışları başlayıb. Çimərlik Arenasında hazırlıqlara dünən yekun vurulub. Sambo və Cüdo yarışları Heydər Əliyev adına İdman Konsert Kompleksində davam edir. Artıq Olimpiya İdman Arenasının bağlanış mərasimi üçün hazlırlıq başlayıb. Dünən 1500-ə yaxın idmançı Bakını tərk edib. Yarışlar üçün 12 mindən çox bilet satılıb, bundan başqa 5 mindən çox əlavə bilet satışa qoyulub. Bu gün 7 idman növündə yarışlar olacaq. Üzgüçülük və qılıncoynatmada medallar veriləcək. 22 mindən artıq tamaşaçının iştirakını gözləyirik. Sabah cüdo üzrə yarışlar başlayacaq. 30 mindən çox tamaşaçının qatılacağını planlaşdırırıq".

Bütün xəbərlər Facebook səhifəmizdə