Bu gün çimərlik futbolu yarışlarına start veriləcək

Bu gün çimərlik futbolu yarışlarına start veriləcək

Bu gün "Bakı 2015" I Avropa Oyunlarında çimərlik futbolu yarışlarına start veriləcək. SİA-nın xəbərinə görə, A qrupunda yer alan Azərbaycan yığması ilk turda Ukrayna ilə üz-üzə gələcək. Görüş saat 20:30-da başlayacaq. Qrupun digər oyununda Portuqaliya və İsveçrə komandaları üz-üzə gələcək.

B qrupunun ilk oyunlarında isə İspaniya İtaliyanı, Rusiya Macarıstanı sınağa çəkəcək.

Qeyd edək ki, ilk 3 yarış günündə qrup mərhələsinin oyunları keçiriləcək. Yarımfinal görüşləri iyunun 27-də, final matçı isə iyunun 28-də olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə