"Qalib gəlməsəydik, əlimi plastik bıçaqla kəsməyi düşünürdüm" AÇIQLAMA
"Oyun hər iki komanda üçün çətin idi. Lakin mən bu matçdan həzz aldım". SİA-nın məlumatına görə, bu sözləri ilk Avropa Oyunlarının voleybol yarışlarının ¼ final mərhələsində Almaniya komandasını məğlub edən Polşa yığmasının üzvü Dolata Skovronska deyib. Voleybolçu oyunda əsəbi olduğunu qeyd edib: "Mən 3-cü və 4-cü setdə olduqca əsəbi idim. Hətta qalib gəlməsəydik, əlimi plastik bıçaqla kəsməyi düşünürdüm. Səhv oynadığımıza görə çox hirslənmişdim. Buna görə də biz mübarizəni 5-ci setə qədər davam etdirməli olduq".
Xatırladaq ki, Polşa komandası ilk 2 setdə qalib gəlsə də almanlar hesabı bərabərləşdirməyə müəssər olublar. Polşa yığması isə oyunu 5-ci setdə xilas edib və qələbə qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB