Badminton üzrə növbəti yarış günü başlayır

Badminton üzrə növbəti yarış günü başlayır

Bu gün "Bakı-2015" I Avropa Oyunlarında badminton üzrə 3-cü yarış günü start götürür. SİA-nın məlumatına görə, fərdi yarışlarda Azərbaycanı Kənan Rzayev, cütlüklərin qarşılaşmasında isə K.Rzayev və Orxan Qələndərov çıxış edəcək.

Fərdi yarışda Azərbaycan idmançısının rəqibi italiyalı Rosario Maddaloni, cütlüklərin yarışında isə rusiyalı İvan Sazonov və Vladimir İvanov olacaq.

İlk iki görüşdən sonra fərdi yarışda Kənan Rzayev 2 qarşılaşmadan 1-də qələbə qazanmaqla qrup 3-cüsü, cütlükdə çıxış edən K.Rzayev və O.Qələndərov isə 2 oyundan 0 xal toplayaraq qrupda sonuncu yerdədir.

Qeyd edək ki, badminton yarışına iyunun 26-da yekun vurulacaq və qaliblərə 2 dəst medal təqdim ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə