"Bakı 2015"in XIII günü

"Bakı-2015" I Avropa Oyunları çərçivəsində yarışların 13-cü günü başlayıb. SİA-nın məlumatına görə, bu gün badminton, qılıncoynatma, üzgüçülük, çimərlik futbolu, boks, voleybol və 3x3 basketbolu üzrə yarışlar keçiriləcək.

Oyunların 13-cü günü çərçivəsində 10 dəst medal oynanılacaq: 8-i üzgüçülük, 2-si qılıncoynatmada.

Azərbaycan idmançıları bütün yarışlarda iştirak edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə