U-17 ikinci qələbəsini qazanıb

U-17 ikinci qələbəsini qazanıb

İyunun 23-də Qazaxıstanın paytaxtı Astanada təşkil olunan "Prezident kuboku" turnirində 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması ikinci oyununu qələbə ilə başa vurub. Yığmamız "Astana Arena"da "Rusiya-2" komandası ilə qarşılaşıb. Qarşılaşma 1:0 hesabı ilə yığmamızın xeyrinə başa çatıb. Qolu Doğukan Öksüz vurub.

Xatırladaq ki, futbolçularımız turnirdə iyunun 22-də keçirdiyi ilk oyununda Belarus komandasına 3:1 hesabı ilə qalib gəlmişdi. Qrup mərhələsinin son oyununda yığmamız Gürcüstan komandası ilə qarşılaşacaq. İyunun 25-də keçiriləcək oyun Bakı vaxtı ilə saat 09:00-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə