Yarımfinalda 11 idmançı ilə mübarizə aparacağıq

Yarımfinalda 11 idmançı ilə mübarizə aparacağıq

Abdulqadir Abdullayev (91 kq) fransalı rəqibi Pol Omba Bionqolonu 3:0 hesabı ilə məğlubiyyətə uğradaraq yarımfinala vəsiqə qazanıb. Onun bu mərhələdəki rəqibi Almaniyalı Albon Pərvizaj və rusiyalı Sadam Maqomedov görüşünün qalibi olacaq.

Beləliklə, Azərbaycan yığması yarımfinalda 11 boksçu – 2 qadın, 9 kişi idmançı ilə təmsil olunacaq.

Azarkeşlərə daha bir qələbə sevincini gənclər arasında Avropa çempionu Pərviz Bağırov yaşadıb. Almaniyalı Abas Baraoudan 3:0 hesabı ilə üstün olan idmançımız növbəti mərhələdə Böyük Britaniya boksçusu Yoş Kelliyə rəqib olub.

İkiqat Azərbaycan çempionu Kollazo Sotomayor (64 kq) da yarımfinala yüksəlib. Rumıniyalı Daniel Nikulesku ilə qarşılaşmadan 3:0 hesabı ilə qalib ayrılan təmsilçimiz ən azı bürünc medalı təmin edib. Növbəti mərhələdə onun rəqibi Ukrayna idmançısı Viktor Petrov olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə