Bu gün Bakı-2015 I Avropa Oyunlarında qadın voleybolçular arasında 1/4 final mərhələsinin oyunları keçirilir. SİA-nın məlumatına görə, 1/4 final mərhələsinə Azərbaycanın voleybolçularından ibarət milli yığma komandası qrupun ikincisi olmuş Hollandiya komandası ilə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən hər üç set komandamızın xeyrinə nəticələnib. İlk set 25-21, ikinci set 25-23 və nəhayət üçüncü set 25-14 yığmamızın üstünlüyü ilə sona çatıb.Komandamızın baş məşqçisi Aleksandr Çervyakov idi.
Qeyd edək ki, mərhələnin son qarşılaşmasında Belçika ilə Almaniya üz-üzə gələcək. Azərbaycan final yolundakı son görüşünü Türkiyə - Rusiya cütlüyünün qalibinə qarşı keçirəcək.

.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB