Türkiyəli idmançı: "Azərbaycan Yay Olimpiya Oyunlarını yüksək səviyyədə keçirmək iqtidarındadır" AÇIQLAMA
"İspaniya güclü komandadır. Əlimizdən gələni etsək də, məğlub oduq". Bu sözləri SİA-ya açıqlamasında ilk Avropa Oyunlarının 3x3 basketbol yarışlarında mübarizə aparan kişilərdən ibarət Türkiyə milli komandasının üzvü Ahmet Yılmaz deyib. O, növbəti oyunlarda qələbə qazanacaqlarına ümid etdiyini bildirib. İdmançı Belçika ilə oyunda qalib gəlib, qrupda nəticələrini yaxşılaşdırmağa çalışacaqlarını deyib.
A. Yılmaz ilk Avropa Oyunları haqda da fikirlərini bildirib: "Daha əvvəllər həm Avropa, həm də Türkiyədə bir çox beynəlxalq turnirlərdə iştirak etmişəm. Amma təşkilatçılıq baxımından belə yüksək səviyyəli idman tədbirini heç yerdə görməmişəm. Buna görə Azərbaycanı təbrik edir, minnətdarlığımı bildirirəm. İlk Avropa Oyunlarında çox böyük işlər görülüb. Heç bir çatışmazlıq yoxdur.
Azərbaycan Avropada öz sözünü deyəcək nüfuzlu ölkəyə çevrilib. İlk Avropa Oyunlarını görəndən sonra deyə bilərəm ki, Azərbaycan Yay Olimpiya Oyunlarını yüksək səviyyədə keçirmək iqtidarındadır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB