Henri Aneika: "Bütün komandalara çətin rəqib kimi yanaşırıq" AÇIQLAMA
"İsveçrə ilə oyun bizim ilk qarşılaşmamız idi. Müəyyən səhvlərə görə məğlub olduq. SİA-nın məlumatına görə, bu sözləri ilk Avropa Oyunlarının 3x3 basketbol yarışlarında mübarizə aparan Azərbaycan yığma komandasının üzvü Henri Aneika deyib. O, növbəti oyunlarda qələbə qazanacaqlarına ümid etdiyini bildirib: "Daha çox məşq etməli və bir-birimizlə oynamağı daha yaxşı bacarmalıyıq. İnanıram ki, növbəti oyunlarda qələbə qazanacağıq. Hədəfimiz yarışda yaxşı nəticə əldə etməkdir.
3x3 basketbolda ilk təcrübəmiz olduğuna görə, bütün komandalara çətin rəqib kimi yanaşırıq. İlk Avropa Oyunlarında asan rəqib yoxdur. Biz çalışacağıq ki, yaxşı oyun göstərib, azarkeşləri sevindirək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB