Emin Kürdov: “Millimizdə bu günə qədər əcnəbi milliləşdirilmiş futbolçu olmayıb” AÇIQLAMA

Emin Kürdov: “Millimizdə bu günə qədər əcnəbi milliləşdirilmiş futbolçu olmayıb” AÇIQLAMA

"Hədəfimizi müəyyənləşdirmişik, 3 yerdən birini əldə etmək". Bu sözləri SİA-ya açıqlamasında çimərlik futbolu üzrə milli komandanın kapitanı Emin Kürdov deyib.

O qeyd edib ki, Avropa Oyunlarında millimizin A divizionuna keçmək üçün şansı olacaq. Ən azında 3 medaldan birini əldə edəcəyimizə inanırıq: "Biz B divizionu komandasıyıq. Ümumiyyətlə çimərlik futbolunda bizim bir hədəfimiz də var, A divizionunda çıxış etmək istəyirik. Biz hal-hazırda Avropada B divizionunun birinci yerdə qərarlaşan komandasıyıq. Bu il Avropa Oyunlarında sonra Avropa liqa oyunları var. Biz çalışacayıq ki, A divizionuna vəsiqə qazanaq. Bizim buna potensial da var və buna gücümüz çatır. A divizionunda çıxış etmək üçün bir pillə qalıb. Avropa Oyunlarında mübarizə aparacaq komandalar A divizionunda olsalar da biz var gücümüzü ortaya qoyacağıq. Bizim ilk rəqimiz Ukrayna millisi olacaq. Onlar 2011-ci ildə Avropa Çempionu olanda, biz onları 6:2 hesabı ilə məğlub etmişdik. A divizionu komandası olmasına baxmayaraq, Ukrayna millisi ilə həmişə bərabər oynamışıq. İsveçrə komandası ilə də həmişə bərabər səviyyədə oynamışıq. İnanıram ki, doğma meydan, doğma azərkeşlər bizə kömək olacaq və biz bu oyunlarda nəticə qazanacağıq. Çimərlik futbolunun Avropa Oyunlarına daxil edilməsi hesab edirəm ki, millimizin uğurudur. Millimizdə bu günə qədər əcnəbi milliləşdirilmiş futbolçu olmayıb, hamısı azərbaycanlı futbolçulardır. Biz bu məsuliyyəti tam dərk edirik. Burada bayrağımız, dövlətimiz, himnimiz var. İnanırıq ki, bu oyunlar bizə uğur gətirəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə