"Bakı 2015" I Avropa Oyunlarında kişilər arasında qılıncoynatma yarışı davam edir. SİA-nın məlumatına görə, Azərbaycanın çıxış edən 4 təmsilçisindən hamısı mübarizəni dayandırıb.
Sablya növü üzrə yarışda Abdulla Həsənov yer aldığı D qrupunda qələbə sevinci yaşaya bilməyib. Cavanşir Səfərov və Cavanşir Ağakişiyev müvafiq olaraq E və F qruplarında keçirilən 5 görüşdən yalnız 1-də qalib gəliblər. Lakin bu onların növbəti mərhələyə keçməsinə kömək etməyib.
Sablya yarışında ən uğurlu nəticəni Azər Tağıyev göstərib. O, A qrupunu 4-cü tamamlayaraq 1/32 finala vəsiqə qazanıb. Qrup mərhələsində 5 görüşün yalnız birində sevinən A.Tağıyev daha sonra rumıniyalı Tiberyu Dolniceanuya məğlub olub 5:15.
Beləliklə, gün ərzində 8 idmançı "Bakı 2015"də mübarizəni dayandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB