Baş məşqçi: “Hədəf daxili çempionatların yüksək səviyyədə təşkil olunmasıdır”. AÇIQLAMA

Baş məşqçi: “Hədəf daxili çempionatların yüksək səviyyədə təşkil olunmasıdır”. AÇIQLAMA

"Hazırda Avropa Oyunlarında iştirakımız nəzərdə tutulub. Sonra isə Avqust ayında keçən ilki nailiyyətimizi təstiqləmək və həmçinin A divizionuna çıxışımızı təmin etmək üçün Avropanın müvafiq kvalikasiya yarışlarında iştirak etməliyik". Bunu SİA-ya açıqlamasında Çimərlik futbolu üzrə Azərbaycan komandasının baş məşqçisi Jose Miguel Mateus deyib. O qeyd edib ki, Azərbaycanda çimərlik futbolu üzrə çempionatın təşkil edilməsi üçün hazırlıq işləri gedir. Çempionat ölkədə yeni idmançıları ortaya çıxaracaq, yeniyetmələrin çimərlik futboluna olan marağı artacaq: "Hər il ənənəvi olaraq keçirilən Avro kuboka qatılacağıq. Bununla birlikdə sözsüz ki, əsas hədəfimiz hazırdakı infrastrukturu və AFFA tərəfindən bizə göstərilən dəstəyi nəzərə alaraq daxili çempionatı təşkil etməkdir. Çünki, mövcud məkanların geniş istifadəsi və bu idman növünün populyarlaşdırılması üçün daxili çempionat vacibdir. Beləliklə, yeni idmançılar komandamıza daxil ediləcək, yeniyetmələr bu idman növünə sövq ediləcək. Buna görə də, burda əsas hədəf daxili çempionatların çox yüksək səviyyədə təşkil olunması və keçirilməsidir".

Bütün xəbərlər Facebook səhifəmizdə