Badmintonçularımız fransalı rəqibləri ilə qarşılaşacaqlar YENİLƏNİB-FOTO

Badmintonçularımız fransalı rəqibləri ilə qarşılaşacaqlar YENİLƏNİB-FOTO

Kişilər arasında "B" qrupunda yarışan badmintonçularımız Kənan Rzayev-Orxan Qələndərli fransalı cütlük Bastian Kersaudi-Geatan Mittelheyster ilə mübarizə aparacaqlar.

11:27

Kişilərin fərdi yarışlarında Azərbaycan badmintonçusu ilk qələbəsini qazanıb. SİA-nın xəbərinə görə, "B" qrupunda mübarizə aparan Kənan Rzayev maltalı Samuel Kalini 21:16 və 21:12 hesabı ilə məğlub edib. Qrup mərhələsi çərçivəsində idmançımız növbəti görüşünü iyunun 24-də İtaliya təmsilçisi Rosario Maddaloniyə qarşı keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə