İrina Hardziyenka: "İlk Avropa Oyunları Azərbaycanda Yay Olimpiya Oyunları səviyyəsində keçirilir" AÇIQLAMA
"İlk Avropa Oyunlarında könüllü fəaliyyət göstərmək üçün Belarusdan müraciət etmişdim. Məni könüllü kimi qəbul etdilər və hazırda I Avropa Oyunları Əməliyyat Komitəsinin mətbuat əməliyyatları şöbəsində çalışıram. Burada jurnalistlərlə birlikdə media kəndində qalıram". Bu sözləri SİA-ya açıqlamasında Belarusdan ilk Avropa Oyunlarında könüllü kimi çalışan İrina Hardziyenka deyib.
O, çoxdan Azərbaycana gəlmək istədiyini qeyd edib: "İlk dəfədir Azərbaycanda oluram. Buraya hələ ölkənizdə Avroviziya mahnı müsabiqəsi keçirilən zaman gəlmək istəyirdim. Bakı çox xoşuma gəlir. Azərbaycan tolerant ölkədir. Burada multikulturalizm inkişaf edib. Ölkənizdə şərqlə qərbin mədəniyyətləri birləşir. Bu gün bütün Avropanın mədəniyyəti Azərbaycanda bir aradadır. Hər kəs burada özünü çox yaxşı hiss edir. İlk Avropa Oyunları Azərbaycanda Yay Olimpiya Oyunları səviyyəsində keçirilir. Burada həm idmançılara, həm media nümayəndələrinə, həm də könüllülərə yüksək şərait yaradılıb".
İ. Hardziyenka I Avropa Oyunlarında könüllü kimi iştirak etməsinin gələcək karyerasında böyük rol oynayacağını bildirib: "Burada mənə sertifikat təqdim olunacaq. İlk Avropa Oyunlarında könüllü kimi fəaliyyətim gələcəkdə idman jurnalisti kimi formalaşmağımda böyük əhəmiyyət kəsb edir. Bu, Rio Olimpiya Oyunlarında da könüllü kimi işləməyim üçün böyük təcrübə olacaq və müsbət hal kimi dəyərləndiriləcək".
O, ölkəsinin ilk Avropa Oyunlarında iştirakını yüksək dəyərləndirib: "İdmançılarımız I Avropa Oyunlarında hələ ki, 10 qızıl medal qazanıblar. Bu, kiçik ölkə üçün böyük uğurdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB